Misirdəki Məscidlərin İnkişaf Korporasiyasının baş direktoru Məhəmməd Əl-Şahavi 9 Əhli-Beyt (ə.s) məscidinin inşası üçün plan hazırlandığını açıqlayıb. Bu barədə iyulun 4-ü Shiawaves xəbər verib.

2022-ci ilin əvvəlində korporasiya 9 məscidin inşası haqqında plan hazırlayıb. Sözügedən məscidlər bunlardır: İmam Hüseyn (ə.s), Xanım Fatimə (s.ə), Xanım Rüqəyyə (s.ə), Xanım Səkinə (s.ə), Bəni Süveyfdəki Xanım Hurəyyə (s.ə), Həzrət Zeynalabidin (ə.s), Həzrət Zeynəb (s.ə), Xanım Nəfisə (s.ə) və Seyyid Əhməd əl-Bədəvi məscidləri.

Əhli-Beyt (ə.s) məscidlərinin bərpası, inkişafı və səmərəliliyinin artırılması məqsədi ilə Misirin qeyri-hökumət, qeyri-kommersiya xeyriyyə fondu 2019-cu ildə yaradılıb, 2021-ci ilin sonunda faktiki fəaliyyətə başlayıb.