Araz Supermarket Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvan satışının qiymətlərini açıqlayıb.
Belə ki, diri qurbanlıq quzunun qiyməti bir kq üçün 6.90 AZN-dir. Sifarişlər supermarketin rəsmi saytında qeyd olunan nömrələr vasitəsilə 6, 7, 8 və 9 iyul tarixlərində saat 09:00-dan 21:00-a qədər qəbul olunacaq. 9 və 10 iyul tarixlərində isə sifarişlər mağazalara göndəriləcək.
Məlumatda bildirilir ki, quzular Ağcabədi, Beyləqan, Bərdə rayonlarından gətirilir, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır.
Bu il Azərbaycanda Qurban bayramı iyulun 9-10-u qeyd ediləcək. İyulun 9, 10, 11 və 12-si isə qeyri-iş günləri olacaq.