QMİ sədri Allahşükür Paşazadə Londona səfər edəcək. Bu barədə iyulun 4-də Report xəbər verib.
Məlumata görə, səfərin səbəbi iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir. Allahşükür Paşazadənin iştirakı Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhmədin dəvət məktubu əsasında həyata keçiriləcək.