Hər kimin hacəti olarsa gecə yarısı bu namazı qılıb Allaha dua edə bilər:
Namazın qılınma qaydası:
Rəvayətə görə, ehtiyacı olan adamın gecəyarısı (cümə gecəsi bəyənilir) iki rükət namaz qılıb, sonra 70 dəfə bu duanı oxuması məsləhətdir: “Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin” (Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!). Bəzi rəvayətlərdə hacət namazının birinci rükətində “Fatihə”dən sonra üç dəfə “ayət əl-kursi”, ikinci rükətlərdə isə “Fatihə”dən sonra bir dəfə “İxlas”, “Fələq” və “Nas” surələrini oxumaq məsləhət görülür. Namazdan sonra Allaha həmd-səna etmək, Peyğəmbərə (s) və Əhlibeytinə (ə.s) salavat demək, bundan sonra isə öz hacətini dilə gətirmək tövsiyə edilir.