Vaşinqton ştatının qubernatoru Cey İnsli 2022-ci ilin iyul ayını Amerikanın İslam İrsi ayı elan edib. Bu haqda Aljazeera xəbər yayıb.

Qubernator cari ayı İslam İrsinin canlandırılmasına həsr edəcəyini açıqlayıb və müsəlman icmasını bu addımda iştirak etməyə çağırıb.

Məlumata əsasən, ştatın müsəlman icması artmaqdadır. Onlar xeyriyyəçilik fəaliyyətindən əlavə, tibbi, texnoloji və siyasi baxımdan cəmiyyətin inkişafına töhfə verirlər. Həmçinin əvvəlki iki ildə, koronavirus pandemiyası dövründə müsəlman icması ölkənin təhlükəsizliyi üçün fəal şəkildə fəaliyyət göstərib.

Vaşinqtondakı Amerika-İslam Münasibətləri Şurasının icraçı direktoru İmraan Siddiqi qubernatorun bəyanatının surətini paylaşıb: