İmam Hüseyn (ə.s) ziyarətgahı cari ilin birinci yarısında humanitar yardıma 2 milyard dinardan çox vəsait xərcləyib. Bu haqda hərəmin mətbuat xidməti məlumat yayıb.

2022-ci ilin 5 ayı ərzində hərəm İraqın müxtəlif şəhərlərindən olan 980 xəstənin müalicəsinə ümumilikdə 2 milyard 300 milyon dinar sərf edib.

Qeyd edək ki, Həzrət Hüseynin (ə.s) ziyarətgahında yüzlərlə şəhid övladlarına, yaralılara və maddi imkanları məhdud olan şəxslərə humanitar yardımlar göstərilir.