İmam Əli (ə.s) hərəmi xüsusi ehtiyacı olan insanlara kömək məqsədilə kiçik layihələri maliyyələşdirir. Bu barədə hərəmin mətbuat xidməti xəbər verib.

Layihə Nəcəf Ticarət Palatası və Əlillər üçün Əl-Qadir Fondu ilə birgə təşkil olunub.

Belə ki, iyunun 30-da ehtiyacı olan insan və ailələr üçün layihə start götürüb. Kursun məqsədi sözügedən şəxsləri iş mühitinə hazırlamaq və beləliklə, yoxsulluq səviyyəsini aşağı salmaqdır.

İştirakçılar məhsulun qiymətinin təyin edilməsindən tutmuş marketinq mexanizmlərinədək öyrənirlər. Onlar kiçik layihələr qurmaq, maliyyə hesabları aparmaq və layihəni tanıtmaq kimi biliklər əldə edirlər.