Bu gün, iyulun 2-də 147 nəfərdən ibarət Azərbaycan zəvvarlarının sonuncu qrupu Həcc ziyarətinə yola düşür.
Ümumilikdə Azərbaycandan 204-ü qadın olmaqla 680 zəvvar gedəcək. Zəvvarların ən cavanının 22 yaşı, ən yaşlısının isə 64 yaşı var. Onların Vətənə dönüşü iyulun 19-20-də gözlənilir.
Daha öncə 3 qrup Həcc ziyarətinə səfər edib.
Bu il Səudiyyə Ərəbistanı Həcc ziyarətinə dünya üzrə 1 milyon zəvvar qəbul edəcək. Azərbaycan üçün isə 680 nəfərlik kvota müəyyən edilib. Ziyarətin qiyməti 9 106 manat təşkil edib.