Zilhiccənin 1-i mübarək bir tarixdir: hicrətin 2-ci ilində Həzrət Əli (ə.s) ilə Xanım Fatimənin (s.ə) izdivacı baş tutmuşdur.
İmam Əlidən (ə.s) qabaq Əbu Bəkr və Ömər Xanım Fatiməyi-Zəhra (s.ə) ilə evlənmək üçün elçilik etmiş, lakin hər ikisi Peyğəmbərdən (s) bu cavabı eşitmişdilər: “Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm”.
Nəhayət, vəhy gəldi və Həzrət Fatimənin əri bəlli oldu. «Ey Peyğəmbər! İşığı işıqla — Fatiməni Әli ilə evləndir».
Peyğəmbərin əmri ilə Bəni Haşim qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Həzrət Әli (ə.s) ilə Xanım Fatiməni (s.ə) evləndirdi. Kəbininə də 400 misqal gümüş təyin etdi.
Həzrət Zəhranın kəbininin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. İmam Әli (ə.s) və Xanım Fatimə (s.ə) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid Hicrət əsnasında Peyğəmbərin (s) Həzrət Әlini (ə.s) bir həftə gözlədiyi yerdə tikilmişdi.
Bir müddətdən sonra onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin (s) qonşuluğunda bir ev tikdilər.
Onların bu evliliyindən Həsən və Hüseyn adlı iki oğul və Zeynəb adlı qızları olmuşdur. Həsən (ə.s) Hicrətin 3-cü ilində Ramazan ayının ortasında, Hüseyn (ə.s) isə Hicrətin 4-cü ilində Şaban ayında dünyaya gəlmişdir.