Səudiyyə hökumətinin koronavirus tədbirlərini ləğv etmək qərarına baxmayaraq, İki Müqəddəs Ocağın Rəyasət Heyəti zəvvarlara maska ​​taxmağı tövsiyə edir. Bu haqda iyunun 30-da Shiawaves xəbər yayıb.

Müqəddəs məkanların içərisində ehram zamanı özlərinin və başqalarının təhlükəsizliyini qorumaq üçün maska ​​taxmağın heç bir eybi yoxdur”, – deyə Məscidül-həramın və Peyğəmbər məscidinin baş prezidenti bildirib. O, zəvvarlara ayinlər zamanı sağlamlığı qorumaq üçün xüsusi ehtiyat tədbirlərinin görülməsini tövsiyə edib.

Qeyd edək ki, iyunun 13-də Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə müqəddəs yerlər istisna olmaqla, qapalı yerlərdə tibbi maskaların məcburi taxılması qərarını ləğv etmişdi. Lakin tədbir təşkilatçıları zəvvarlardan tibbi maskanın taxılmasını ​​tələb edə bilərlər.