Dövrünün görkəmli İslam alimlərindən biri olan Şeyx Hənifə Badkubeyi Bakı şəhərində anadan olub.
O, ibtidai və orta dini təhsilini Bakının tanınmış alimlərindən alıb, onlardan bəhrələnərək özü fəzilət və elm sahibi olub.
Sovet dövründə Şeyx Hənifə Ayətullah Şəhid Şeyx Əbdül Qəni Badkubeyi və Şeyx Mehdi ilə birlikdə rus bolşeviklərinə qarşı mübarizəyə başlayırlar. Öz məntəqəsində rusların işğalçı siyasətlərini ifşa edən və müsəlman xalqını onlarla mübarizəyə çağıran Şeyx Hənifə Şura hökuməti tərəfindən həbs edilir. İllərlə zindanda müxtəlif əzab və işgəncələrə məruz qalan Şeyx və onun mübarizə dostları 1932-ci ildə rus məmurlarının əmri ilə güllələnirlər.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.