Misirin Port-Səid əyalətindəki Nur Əl-İman məscidində yanğın baş verib. Lakin orada olan Qurani-Kərimə ziyan dəyməyib. Bu barədə Shiawaves məlumat paylaşıb.
İbadətgahda xalça, rəflər, pəncərələr yanıb, şüşələr sınıb və s. Lakin buna baxmayaraq, alov kondisionerin altında yerləşən Qurani-Kərimin qoyulduğu rəfdən yan keçib.
Məsciddəki yanğının səbəbi kondisionerin üstünə elektrik ağcaqanad detonatorunun düşməsi olub.