Bağdadda yerləşən Kazimiyyə ziyarətgahında İmam Cavadın (ə.s) şəhadətinin ildönümü ilə əlaqədar rəmzi tabutun dəfn mərasimi keçirilib. Bu haqda Shafaqna məlumat verib.

Hərəmi Məhəmməd Təqinin (ə.s) xatirəsini yad etmək üçün İraqın müxtəlif şəhərlərindən Əhli-Beyt (ə.s) sevərləri, eləcə də xarici qonaqlar ziyarət ediblər.

Zəvvarları yemək və içki ilə təmin etmək üçün xidmətçilər müqəddəs şəhərə aparan yollarda çadırlar qurublar.

Zilqədə ayının sonuncu günü şiələrin doqquzuncu İmamı olan Həzrət Cavadın (ə.s) şəhadət günüdür. İmam Məhəmməd Təqinin (ə.s) şəhadət zamanı yaşının 25 olduğu bildirilir. Bu səbəbdən o, şəhid edilən ən gənc İmam hesab edilir.