İmam Hüseyn (ə.s) hərəmi tərəfindən layihələndirilən Qan Xəstəlikləri və Onurğa Köçürülməsi Mərkəzinin açılışı iyulun 16-da baş tutacaq. Bu barədə iyunun 30-da hərəmin mətbuat xidmətindən bildirilib.
Müqəddəs Kərbəla şəhərinin mərkəzində yerləşən tibbi mərkəzinin tikintisi
7 000 kvadratmetr torpaq sahəsində həyata keçirilib. Ölkədə belə ixtisaslaşmış mərkəzlərin olmaması səbəbindən layihə İraqda mühüm layihələrdən biridir.
Mərkəz 10 mərtəbədən ibarətdir. Buraya mikrobiologiya və onurğa beyni tədqiqatları üçün istinad laboratoriyaları, həmçinin stasionar xəstələr üçün bir sıra mərtəbələr, kişilər, qadınlar və uşaqlar üçün kimyaterapiya və intensiv terapiya daxildir.
Qeyd edək ki, Hüseyniyyə hərəmi 200 müxtəlif layihələr həyata keçirib.