Həcc ziyarəti ərəfəsində səudiyyəlilər ev sahibi olaraq bu mərasimi təşkil etməyə hazırdırlar və zəvvarlar üçün çadırlar hazırlayırlar. Bu haqda ShiaNews xəbər yayıb.

Builki Mina çadırları əvvəlkilərdən çox fərqlidir. Belə ki, çadırlar müəyyən dərəcədə sosial məsafəni nəzərə alır və digər zəvvarlar məhdud məsafədə və bir-birinin yanında olmayacaqlar. Məlumata görə, zəvvarların hər biri çarpayı ilə təmin olunub.

Səudiyyə Ərəbistanının Təşriq günlərində Həcc ziyarəti xərclərinə təxminən 1 200 dollar əlavə etdiyini nəzərə alsaq, əvvəlki illərlə müqayisədə xüsusi xidmətlərin də göstəriləcəyi gözlənilir. Belə ki, bu il çadırlarda soyutma qurğuları artıb. Bundan əlavə, hər zonada soyuducular var ki, ziyarətçilər havanın istiliyinə görə lazımi temperaturda sərin su və digər yeməklərdən istifadə edə bilsinlər.

Həmçinin müxtəlif çadırlarda zərurət yarandıqda zəvvarlara xidmət etmək üçün həkim briqadası var.

Qeyd edək ki, bu il müxtəlif ölkələrdən bir milyondan çox zəvvar Həcc ziyarətinə gedəcək ki, onlardan 680-i azərbaycanlıdır. Həcc ziyarəti rəsmi olaraq Zilhiccə ayının 8-də başlayacaq və zəvvarlar üç gün Mina və Ərəfatda qalacaqlar.