Səudiyyə Ərəbistanında Həcc ziyarətində iştirak etmək istəyənlərin pulunu dələduzluq yolu ilə ələ keçirən 15 nəfər həbs edilib. Bu barədə Azərbaycan24 portalı Səudiyyə Ərəbistanının Ziyarət Məsələləri üzrə Nazirliyinə istinadən məlumat paylaşıb.
Saxlanılan şəxslər sosial şəbəkədə mehmanxana nömrələri, nəqliyyat xidməti məsələlərində, eləcə də qurban kəsilməsində köməklik göstərəcəklərini təklif ediblər.