Həştərxan muzey-qoruğunda 2022-ci ilin oktyabr ayında “Aşağı Volqaboyu tarixində islam” sərgisi baş tutacaq. Bu barədə Islamnews xəbər yayıb.

Layihə Volqaboyu Bolqarıstan xalqlarının İslamı qəbul etməsinin 1100 illiyi münasibətilə təşkil olunur.

Sərgidə muzey fondundan olan əşyalar – zərgərlik məmulatları, təsbehlər, müsəlman xalqlarının yeməkləri, eləcə də köhnə tematik nəşrlər təqdim olunacaq.

Qeyd edək ki, Həştərxan vilayətinin İslam dövrü XIII-XV əsrlərdə öz intibahını yaşadı. Rus pravoslav əhalisi isə buraya İvan Qroznının şəhəri işğal etdiyindən sonra köçürülüb.