Bu gün, iyunun 30-da 180 nəfərdən ibarət Azərbaycan zəvvarlarının ikinci qrupu Həcc ziyarətinə yola düşür. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Məlumata əsasən, zəvvarların növbəti qruplarının uçuşları iyulun 1-i və 2-si həyata keçiriləcək. Onların Vətənə dönüşü iyulun 19-20-də gözlənilir.
Ümumilikdə Azərbaycandan 204-ü qadın olmaqla 680 zəvvar gedəcək. Zəvvarların ən cavanının 22 yaşı, ən yaşlısının isə 64 yaşı var.
Qeyd edək ki, dünən, iyunun 29-da 180 nəfərlik birinci qrup yola düşüb.