Ayətullah Vahid Xorasani övladın saleh olması üçün gələcək analara tövsiyə verib.

Ayətullah bildirib ki, hamiləlik dövründə ananın müxtəlif durumu bətnindəki uşağa təsir göstərir. Bu səbəbdən uşağın saleh olması üçün ilk növbədə günahlardan çəkinmək lazımdır. Vacib əməlləri yerinə yetirmək və uşaqların saleh olması üçün dualar edilməlidir.

Əlavə olaraq, Vahid Xorasani hamilə qadınlara hər gün Quran oxumağı tövsiyə edir. Sübh namazından sonra və gecələr yuxudan qabaq 11 dəfə Tövhid surəsi oxumaq və savabını İmam Zamana (ə.f) hədiyyə etmək də tövsiyələrin sırasında yer tutub. O, həmçinin məqsədə çatmaq üçün Quranın ürəyi adlandırılan “Yasin” surəsini hər gün oxumağı və savabını gündə 14 məsumdan birinə hədiyyə etməyin vacibliyini vurğulayıb.