Zilhiccə ayı hicri təqviminin sonuncu, 12-ci ayıdır. Bu ayın bitməsi ilə hicri 1443-cü il sona yetir. Sonrakı ay, Məhərrəm ayı ilə yeni hicri ili başlayır.
Bu ay bir çox dini ayinləri və dini-tarixi hadisələri özündə ehtiva edir. Bu ay həcc mövsümü ayıdır. Bu aya Həcc ayı da deyilir.
Zilhiccə ayı öz əhəmiyyəti ilə bərabər, həm də mühüm və əlamətdar hadisələrin baş verdiyi bir aydır.
Bu ayın biri müsəlmanların birinci İmamı Həzrət Əli (ə.s) və Xanım Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür.
Ayın 3-ü Peyğəmbərin (s) sonuncu həcc ücün Məkkəyə daxil olduğu gündür.
Ayın yeddisi beşinci İmam Muhəmməd Baqirin (ə.s) şəhid edilən günüdür.
Ayın 9-u Ərəfə günüdür (Həzrət Adəmin (ə.s) tövbəsinin qəbul olan günü).
Ayın 10-u Qurban bayramı günüdür.
Ayın 15-i onuncu imam İmam Hadinin (ə.s) mövlud gününə, 18-i isə Qədir-Xum gününə təsadüf edir. Bu gündə müsəlmanların birinci imamı Həzrət Əli (ə.s) on minlərlə insanın qarşısında Peyğəmbər (s) tərəfindən canişinliyə təyin edilib.