Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 29-da İraq Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Şahvan Abdullah Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə idarənin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələr barədə geniş danışılıb.
İraq rəsmisi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib və İraq xalqının hər zaman dost və qardaş Azərbaycan xalqının yanında olduğunu qeyd edib. O, həmçinin Qarabağ ərazilərində İslam dini irsinin bərpası yönündə həyata keçirilən bərpa və tikinti işlərindən şad olduğunu qeyd edib.
Həmçinin İraqa dini ziyarətlərin yüksək səviyyədə təşkili müzakirə olunub.