Azərbaycanın və ümumiyyətlə Qafqazın böyük alimlərindən biri Şeyx Cavad Nardarani Molla Talib oğludur. O, 1845-ci ildə Bakının Nardaran qəsəbəsində anadan olub.

Şeyx Cavad ibtidai dini təhsilini yerli ruhanilərdən alıb. Sonralar isə o, İranın Qum şəhərinə köçüb. Qum hövzəsində təhsilini bitirdikdə alim İraqa, Nəcəf şəhərinə köçərək təhsilini orada davam etdirib. O, Nəcəfdə Mirzə Muhəmməd Təqi Şirazi və Şəriət İsfahanidən elm öyrənib.

İctihad dərəcəsinə yüksəldikdə alim Bakıya qayıdıb. Cavad Nardarani doğma yurdunda İslam maarifi, dini təbliğat və İslam elmlərinin tədrisi ilə məşğul olub. Sonralar ilahiyatçı sovet hakimiyyətinin təzyiqinə məruz qalıb. O, hakimiyyət tərəfindən ciddi nəzarət altına alınıb. Bu səbəbdən Şeyx Cavad Azərbaycanı tərk edib. O, ilk öncə İrana, sonralar isə Nəcəfə köçüb və orada yaşayıb.

Şeyx Cavad Nardarani 1953-cü ildə vəfat edib. Onun cənazəsi Nəcəfdə, İmam Əlinin (ə.s) hərəminin kənarında dəfn edilib.

Mənbə: aypara.tv

Şəkil: aypara.tv