Məhəmməd Təqi (ə.s) və İmam Kazim (ə.s) hərəminin günbəzində bayraq dəyişdirilib. Bu haqda Mehrnews xəbər yayıb.
Məlumata əsasən, Həzrət Cavadın (ə.s) şəhadətinin ildönümü ilə əlaqədar olaraq hərəmin günbəzində matəm bayrağı qaldırılıb.
Qeyd edək ki, İmam Məhəmməd Təqi (ə.s) şiələrin doqquzuncu İmamıdır. Həzrət (ə.s) hicrətin 195-ci ilində Rəcəb ayının 10-da Mədinə şəhərində anadan olmuşdur.
Əksər mənbələrdə İmam Cavadın (ə.s) şəhadət gününün Zilqədə ayının sonuna, bəzi mənbələrdə isə zilhiccə ayının beşinci və ya altıncı günlərinə təsadüf edildiyi bildirilir. Həzrətin (ə.s) şəhadət zamanı yaşının 25 olduğu bildirilir və bu səbəbdən də şiələrin ən gənc İmamı hesab edilir.