İyunun 28-də axşam saatlarında Kərbəla zəvvarları Kazimiyyə hərəmində İmam Cavadın (ə.s) şəhadətini yad ediblər. Bu barədə Əbəlfəzl Abbas (ə.s) hərəminin mətbuat xidməti xəbər paylaşıb.

Başsağlığı yürüşündə Kərbəla sakinləri, partiya və qurum rəhbərləri, nümayəndə heyəti iştirak ediblər. Zəvvarlar yürüşdən sonra Əl-Muradın qapısında anım mərasimi keçiriblər.

Qeyd edək ki, müqəddəs Kərbəla sakinləri Əhli-Beyt (ə.s) günlərini yad etmək üçün hər il bu cür yürüşlər keçirir.

Zilqədə ayının sonuncu günü şiələrin doqquzuncu İmamı olan Həzrət Cavadın (ə.s) şəhadət günüdür. İmam Məhəmməd Təqinin (ə.s) şəhadət zamanı yaşının 25 olduğu bildirilir. Bu səbəbdən o, şəhid edilən ən gənc İmam hesab edilir.