Quran Mərkəzinin direktoru və Həzrət Məsumə (s.ə) hərəminin rəhbərliyi Quran hifzi yay kursunun keçirildiyini bildirib. Bu barədə Mehrnews məlumat yayıb.

Bildirilib ki, kurslar həm canlı, həm də onlayn şəkildə keçirilir. Dərslərdə iştirak etmək istəyənlər Quran və İtrət Mərkəzinin Nəcmə Xatun Doğum Mərkəzinə müraciət etməli və ya Qhkarimeh internet ünvanı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat 6 yaşdan böyük olan bütün şəxslər üçün mümkündür.

Qeyd edək ki, ziyarətgahda ildə üç dəfə Qurani-Kərim kursları keçirilir. İndiyədək 112 mindən çox şəxs bu kursları keçib. Quran Mərkəzinin və Həzrəti Məsumə (s.ə.) hərəminin müdirinin sözlərinə görə, bu mərkəzdə 700-dən çox insan Quranı bütünlüklə əzbərləyib.

Bundan əlavə, İraqın Kərkük şəhərində də Quran məclisi keçirilib. Məclisdə iranlı Mehdi Qulamnejad, Əli Qasemabadi və Seyid Məhəmməd Hüseynpur, eləcə də iraqlı Məhəmməd Əbdül Kərim Məhəmməd, Məhəmməd Mehdi Alaeddin Saqi və Təvaşih qrupu çıxış ediblər.