Suriyanın paytaxtı Dəməşqdə yerləşən Xanım Zeynəb və Xanım Rüqəyyənin (s.ə) hərəmini ziyarət edən zəvvarların sayı çoxalıb. Bu haqda iyunun 27-də Shiawaves xəbər paylaşıb.
Məlumata əsasən, İraqdan olan zəvvarlar quru yollarla Suriyaya keçiblər. Onlar ilkin olaraq Əl-Məyadin şəhərindəki Ayn Əlinin (ə.s) hərəmini, daha sonra isə Deyr-əz-Zorda müqəddəs yerləri ziyarət edəcəklər. Bundan sonra zəvvarlar Dəməşqə gedəcəklər.
İran, Pakistan və Bəhreyn vətəndaşları isə Suriyaya Hələb və ya Dəməşq Beynəlxalq Hava Limanları vasitəsilə daxil olublar.