Ölkəmizin daha bir dəyərli İslam alimi Seyyid Mehdi Təbatəbai Şirvanidir. O, 1829-cu ildə Şamaxı şəhərində düynaya gəlib.
Seyyid Şirvani ilkin dini təhsilini atası Seyyid Əli Şirvanidən və yerli ruhanilərdən alıb. Bir müddət sonra isə gənc tələbə İraqın Nəcəf şəhərinə köçüb və tədrisini orada davam etdirib. Nəcəfdə onun ustadları Şeyx Muhəmməd Həsən Nəcəfi və Şeyx Mürtəza Ənsari kimi böyük alimlər olub. Mehdi Təbatəbai bu əzəmətli şəxsiyyətlərin üsuli-xaric dərslərində iştirak edib. Üsul və fiqh elmlərində göstədiyi məharət sayəsində Seyyid Şirvani müctəhidlik məqamına ucalıb.
Nəcəfdə təhsilini bitirən alim doğma yurduna, Şamaxıya qayıdıb. Burada o, dini təbliğat, maariləndirmə və əhkam dərsləri ilə məşğul olub. Bir müddət sonra isə fəqih Şamaxıda mədrəsə inşa edib və orada dərs deməyə başlayıb.
Böyük əxlaq və elm sahibi olan Seyyid Mehdi Təbatəbai Şirvani 1911-ci ildə vəfat edib. Onun cənazəsi Şamaxı İmamzadəsində dəfn olunub. Hazırda alimin məzarı yerli sakinlərin ziyarət yerlərindən biri hesab edilir.
Mənbə: aypara.tv
Şəkil: aypara.tv