Ekspertlər Səudiyyə Ərəbistanının Həcc və Ümrə gəlirlərinin 2022-ci ildə 150 milyard dollardan çox olacağını təxmin edirlər. Bu haqda ShiaNews məlumat yayıb.
Belə ki, Həcc və Ümrə iqtisadiyyatının artan tələbatı nəqliyyat, ticarət mərkəzləri, kiçik və orta biznesin genişlənməsi ilə əlaqəlidir.
Bildirilib ki, Həcc gəlirləri həm milli iqtisadiyyata xidmət edir və təkcə mövsümi iş yerləri üçün deyil, həm də Həcc və Ümrə iqtisadiyyatının ayrılmaz hissəsi olan daimi iş yerləri üçün böyük bazar yaradır.
Qeyd edək ki, bu ilin Həcc ziyarətinə bir milyon zəvvarın qatılması nəzərdə tutulub. Pandemiyanın məhdudiyyətlərinin ləğvindən sonra bu, ilk kütləvi Həcc mərasimidir.
Azərbaycandan isə Həccə 680 nəfər zəvvar ziyarətə gedəcək.