Doqquzuncu İmam Həzrət Cavadın (ə.s) şəhadəti münasibəti ilə İmam Əli (ə.s) hərəminin həyəti, girişləri və bitişik küçələrində bayraqlar və qara yazılar quraşdırılıb. Bu haqda hərəmin mətbuat xidmətindən bildirilib.

Müqəddəs ziyarətgahın sarayında matəm və qəm əlaməti olaraq qara bayraq qaldırılıb. ShiaNews-dan verilən məlumata görə, Heydərinin həyətində zəvvarların iştirakı ilə proqramlar keçirilir.

Qeyd edək ki, İmam Cavad (ə.s) (İmam Məhəmməd Təqi) şiələrin doqquzuncu İmamıdır. Həzrət (ə.s) hicrətin 195-ci ilində Rəcəb ayının 10-da Mədinə şəhərində anadan olmuşdur.

Əksər mənbələrdə İmamın (ə.s) şəhadət gününün Zilqədə ayının sonuna, bəzi mənbələrdə isə zilhiccə ayının beşinci və ya altıncı günlərinə təsadüf edildiyi bildirilir. İmam Cavadın (ə.s) şəhadət zamanı yaşının 25 olduğu bildirilir və bu səbəbdən də şiələrin ən gənc İmamı hesab edilir.