Azərbaycanın İslam alimi olan Seyyid Əbdül-Höccət İrəvani 1893-cü ildə İranın Təbriz şəhərində dünyaya gəlib. O, mərhum Seyyid Əli İrəvaninin oğludur.

Seyyid İrəvai ibtidai təhsilini Təbriz elmi hövzəsində alıb. Təhsilini davam etmək məqsədi ilə o, İraqın Nəcəf şəhərinə köçüb. Seyyid orada Şeyx Muhəmməd Hüseyn Qərəvi İsfahani, Mirzə Muhəmməd Hüseyn Naini və Ziyauddin Əraqi kimi böyük alimlərdən dərs alıb.

Bir müddət sonra Təbrizə dönərkən Əbdül-Höccət artıq müctəhidlik məqamına yüksəlmişdir. Təbrizdə o, dinin təbliği, moizə və elm tədrisi ilə məşğul olub. Seyyid İrəvani əsa zaman ərzində Təbriz alimləri arasında nüfuz qazanmışdır. Onun əsas məşğuliyyəti Quranı təfsir etmək idi.

Seyyid Əbdül-Höccət İrəvani 1975-ci ildə dünyasını dəşiyib. O, İranın Qum şəhərindəki İmam Rzanın (ə.s) bacısı Xanım Məsumənin (s.ə) hərəmində dəfn olunub.

Mənbələr:

  1. Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.
  2. Azərbaycanda 19-20-ci əsrlərdə yaşamış azərbaycanlı İslam alimləri – BİOQRAFİYA (aypara.tv)