İmam Rzadan (ə.s) sehr barəsində soruşanda Həzrət (ə.s) buyurdu: “Sehr həqiqətdir və Allahın izni ilə təsir edər. Nə zaman səni sehrləsələr, əllərini üzünün qarşısında qaldır və bu duanı oxu:

“بِسْمِ اللَّهِ الْعَظِیمِ بِسْمِ اللَّهِ الْعَظِیمِ رَبِّ الْعَرْشِ‏ الْعَظِیمِ‏ إِلَّا ذَهَبَتْ‏ وَ انْقَرَضَت‏؛”

Əzəmətli Allahın adı ilə, Ərşin əzəmətli Allahının adı ilə, O getməz və yox olmaz.

İmamdan: (ə.s) “Göz dəymək həqiqətdirmi?” soruşanda Həzrət (ə.s) buyurdu: “Bəli, əgər sənə göz dəysə, əllərinin içini gözünün qarşısında qərar ver və “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas”, “Fələq” surələrini oxu və hər iki əlini üzünə çək. Allah səni ziyandan qoruyacaqdır”.

Sehr olunmuş insana yanında “Yunus” surəsi 81-ci ayə, “Əraf” surəsi 117-119-cu ayələri gəzdimək tövsiyə olunur. Həmçinin sehr olunmuş insan 7 dəfə “Qəsəs” surəsinin 35-ci ayəsini oxumalıdır.

İslam fəqihləri müttəfiq fikirlərinə əsasən, sehri və cadugərliyi öyrənmək və ondan istifadə etmək haramdır. Lakin sehri məhv edib aradan götürmək üçün onu öyrənmək olar.

İmam Əli (ə.s) buyurub: “Hər kəs sehr öyrənsə, istər az, istərsə də çox, kafir olmuşdur və onun Allahla əlaqəsi tamamilə kəsilmişdir…”