İmam Rza (ə.s) hərəminin muzeyinin ziyarət saatları artırılıb. Bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.
Belə ki, yay tətilinin başlanması ilə bağlı zəvvarların sayı çoxalıb. Bu səbəbdən Astan Qüds Rəzəvi muzeyi bayram günləri istisna olmaqla hər gün saat 08:00-dan 22:00-dək işləyəcək.
Quran və xəzinələr muzeyini, Ali Rəhbərin (Modzaleh) hədiyyələr xəzinəsini, Mahmud Fərşçianın bağışladığı zalı, Xalça və Antropologiya muzeyini isə 08:00-dan 12:30-dək ziyarət etmək mümkündür.
Daha öncə, iyunun 11-də İmam Rza (ə.s) hərəminin muzeyini rekord sayda zəvvar ziyarət edib. Həzrətin (ə.s) mövludu günündə ziyarətçilərin sayı 11 350 nəfər təşkil edib.