Həzrət Hüseyn (ə.s) hərəmi Meysan əyalətində kimsəsiz uşaqlar üçün təhsil layihəsini icra edir. Bu barədə ziyarətgahın mətbuat xidmətindən məlumat verilib.
Layihə 28 min kdavratmetrdən çox ərazidə həyata keçirilir. “Bu kompleks hərəmin ən mühüm və ən böyük layihələrindən biridir”, – deyə layihə rəhbəri qeyd edib.
Bildirilib ki, hazırda 6-dan çox məktəbin sütun və divarlarının betonu tökülüb. Bir məktəbin sahəsi 1 280 kvadratmetr təşkil edir. Hər məktəbdə isə 24 sinif otağı var.
Burada tibb mərkəzi ilə yanaşı, idman meydançalarının, həmçinin uşaq bağçasının da inşası planlaşdırılır. Layihənin iki il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, İmam Hüseyn (ə.s) ziyarətgahı bir çox yaşayış komplekslərinin tikintisinə rəhbərlik edib. Həmçinin İraqın bir sıra əyalətlərində kimsəsiz uşaqlar üçün məktəblər və sağlamlıq mərkəzləri inşa edib.