Həzrət Əli (ə.s) hərəmi kimsəsiz uşaqlara və ehtiyacı olan ailələrə 810 milyon dinarlıq (təxminən 943 min manat) kömək aksiyasına başlayıb. Bu barədə iyunun 27-də ziyarətgahın mətbuat xidmətindən bildirilib.

Mərkəzin işinə qeydiyyatdan keçmiş 2 500 ailəyə aylıq maddi yardım göstərmək daxildir.

Həmçinin, İraqdan kənarda və İraq daxilində 95-dən çox cərrahiyyə əməliyyatı aparılıb, 110 xəstənin dərman xərcləri ödənilib. Bundan başqa, ailələrə məişət texnikası, geyim, xüsusi qayğıya ehtiyacı olan şəxslərə təkərli nəqliyyat vasitələri, görmə və eşitmə qabiliyyətləri olmayanlar üçün avadanlıqlar paylanılıb.

Hərəmin rəhbərliyi altında kimsəsiz və ehtiyacı olan ailələrin müraciətlərini yerinə yetirmək üçün xüsusi komitələr yaradılıb.

Qeyd edək ki, Mərkəzdə mübarək Şaban və Ramazan aylarında ehtiyacı olanlara yardım paylanılaraq iki ayda xərclənən ümumi məbləğ 500 milyon dinara (təxminən 582 min manat) çatdırılmışdır.