Hələbdə vətəndaş müharibəsi zamanı dağıdılmış və ölkənin ən böyük və ən qədim ibadət ocağı sayılan Əməvi məscidi suriyalı bərpaçılar tərəfindən bərpa edilir. Bu haqda iyunun 24-də İslamnews xəbər yayıb.

Belə ki, ibadət evinin divarları, sütunları, tavanları, döşəmələri və fasadı, eləcə də taxta qapıları bərpa edilib. Mütəxəssislər tərəfindən texniki və elektrik işləri də həyata keçirilib. Hazırda bərpaçılar məscidin daşlarını bərpa edərək onlara 1 300 il əvvəl yaranmış görkəm verirlər.

Qeyd edək ki, Suriyanın Hələb şəhərində gedən döyüşlər nəticəsində məscidə ciddi ziyan dəyib. Məbədin cənub divarı tamamilə uçmuş, yeganə minarəsi dağılmışdır.

Tarixi məlumatlara əsasən, məscidin tikintisi 8-ci əsrdə tamamlanıb. Tikintisində isə 12 000 işçi işləmişdir.