İmam Hüseyn (ə.s) hərəmində Ərəfə günü, müqəddəs Məhərrəm ayı və Ərbəin ziyarəti zamanı milyonlarla ziyarətçini qəbul etmək üçün hazırlıqlar gedir. Bu haqda ziyarətgahın mətbuat xidmətindən bildirilib.
Hərəmin rəhbərliyi xidmət planı hazırlayıb və zəvvarların üzləşə biləcəyi maneələri aradan qaldırmaq üçün bütün imkanlarından istifadə edib.
Belə ki, dayanacaqlardan İmam Hüseynin (ə.s) məqbərəsinin ən yaxın nöqtəsinə qədər zəvvarlar üçün park salınacaq. Ziyarətgah rəhbərliyi həm də hərəmin həyətində zirzəmilər təşkil edərək daha çox zəvvarın yerləşdirilməsi üçün işlər aparır.
Həmçinin həkim briqadalarının yaradılması, səyyar klinikaların açılması, tibb mərkəzlərinin dərman preparatları və tibbi ləvazimatlarla təchiz edilməsi planı hazırlanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl İmam Hüseyn (ə.s) hərəmi Həzrət Zeynəbin (s.ə) həyətində Ərbəin zəvvarlarına xidmət etmək üçün hazırlıq işlərinin getdiyini bildirmişdi.