Həzrət Abbas (ə.s) ziyarətgahı ziyarətçiləri qəbul etmək və onlara daha yaxşı xidmət göstərmək üçün Nəcəf-Kərbəla yolunun üzərində genişləndirmə işlərini davam etdirir. Bu barədə hərəmin mətbuat xidmətindən bildirilib.

Tikinti sahəsi 27 270 kvadratmetr təşkil edir. Burada qadın ziyarətçilər üçün xüsusi yerlər ayrılıb. Belə ki, əvvəl qadınlar üçün ayrılmış yer onların sayına uyğun gəlmirdi.

Xidmət kompleksinə müalicə zalı, aptek, həkim qadınlar üçün otaqlar da daxildir. Bu kompleks məxfiliyi qorumaq məqsədi ilə hasarla əhatə olunacaq.

Qeyd edək ki, hərəmin bu genişləndirilməsi ən geniş və ən əhatəli hesab olunur.