Dubayda Qurani-Kərimə bənzəyən xüsusi arxitekturaya malik “Məhəmməd İbn Rəşid” kitabxanasının açılışı olub. Bu haqda İqna məlumat yayıb.
Kitabxana 9 mərtəbədən və müxtəlif dillərdə bir milyon nüsxədən çox çap və elektron kitablardan ibarətdir. Layihəyə, həmçinin 550 nəfərdən çox tutumlu teatr da daxildir.
Binanın xarici görünüşü açıq kitab kimi görünür. Bu bina İslamın müqəddəs kitabını oxuyarkən onun yerləşdirilməsi üçün istifadə edilən Quran rəhili formasında hazırlanıb. Ümumi sahəsi isə 54 min kvadratmetrdir.
Qeyd edək ki, kitabxananın tikilişinə bir milyard dirhəm (463 milyon manata yaxın) pul xərclənib. Açılışını isə vitse-prezident və Dubayın hökmdarı Şeyx Məhəmməd ibn Rəşid edib.