Azərbaycanın görkəmli İslam alimlərindən biri, fəqih və din xadimi Məhəmməd Əmin Şirvani XVII əsrin sonlarında Şirvan mahalında yaşayıb. O, şəhərin alimləri arasında görkəmli din xadimi kimi tanınıb.
Alimin harada təhsil alması barədə dəqiq məlumat yoxdur.
Məhəmməd Əmin Şirvaninin bir neçə əsərləri məlumdur: “Əl-fəvaidul Xaqaniyyə li-əhəmdil Xaniyyə”, “Şərh Qvaidul əsaid Qəzzali”, “Təliq bər şərh Şəmsiyyə Razi”, “Təliq bər təfsir Bazaviyyə”, “Təfsir süreyi fəth”, “Risale dər Təxsis məbdə və məad”.
Məhəmməd Əmin Şirvani 1625-ci ildə dünyasını dəyişib və Şirvanda Əskidar qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.