Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlu iyunun 23-də azadlığa buraxılıb. Bu barədə Salamnews xəbər paylaşıb.

Məlumata əsasən, Elşən Mustafaoğlu 2014-cü ilin dekabr ayında ləğv edilmiş Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, “dövlətə xəyanət” maddəsilə ittiham olunub.

İlahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, 10 il müddətinə azadlıqdan məhrum edilib. O, 7 il 6 ay cəzasını çəkib.