Avstraliyanın Melburn şəhərində yerləşən məscidə hücum edən bir qrup şəxs saxlanılıb. Bu barədə 9news.com xəbər yayıb.

Məlumata görə, vandalların məscidi dağıtması müşahidə kameralarında əks olunub. Onlar ibadət evinin içərisində velosipedlərlə yarışıb, namaz yerini murdarlayıb, ofis və anbarın qapılarını sındırıb və kitab rəflərini dağıdıblar.

Daha sonra sözügedən şəxslərin hadisə yerini tərk etməsinə baxmayaraq, onlar saxlanılaraq həbs ediliblər. Onlardan ən yaşlısının 62, ən kiçiyinin isə 18 yaşı var. Həmin şəxslər daha öncə oğurluq və sərhədi pozmaqda ittiham olunublar.

Hazırda saxlanılan şəxslər zaminə buraxılıblar. Onların məhkəməsi oktyabrın 28-də baş tutacaq.

Melburn şəhərinin məscidi daha öncə də vandalizm və təhdid hadisələri ilə üzləşib: 2015-ci ildə burada yaşlı kişi hücuma məruz qalıb.