“Həqiqətən, imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ölümü müşahidə edən zamandır). Onlardır doğru yoldan azanlar”. (“Ali-İmran” 90).
Tövbə qapısı hər kəsə açıqdır. Lakin insanlar tövbədən sui-istifadə etməməlidirlər. Öz imanlarından dönənlər, daima öz küfrlərini artırarlar. Və yalnız ölüm əsnasında tövbə edərlər. Bu cür insanların tövbəsi qəbul olunmaz. Çünki tövbənin öz şərait və qaydaları var.
İman davamlı olanda dəyərlidir. Allah tövbələri qəbul edəndir. Elə insanlar var ki, tövbə zəminəsini əldən vermişlər. Kafir ölmək faciədir və şəfaətin zəminəsini aradan götürür. Qiyamət günü onlara nə qızıl, nə başqa mal-dövlət kömək edəcək. Onların malı dəyərsiz olacaq.
“Həqiqətən, kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə, qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır”. (“Ali-İmran” 91).