İngiltərənin Şetland adalarının Lervik şəhərinin hakimiyyəti yerli müsəlmanların tərk edilmiş mağazanı məscidə çevirmək xahişini təmin edib. Bu haqda iyunun 23-də TheTimes məlumat yayıb.
Beləliklə, yeni məscid Böyük Britaniyanın ən şimalındakı məscid olacaq.
Adalarda ibadət yerinin yaradılması təklifini 50 ildir ki, burada yaşayan sakin Qufar Rəzak irəli sürüb. Rəzak yerli sahibkardır. O, keçmiş mağazanı məscidə çevirmək üçün artıq 11 min funt-sterlinq toplayıb.
Şetland Şotlandiyanın şimal sahillərindən 193 kilometr aralıda yerləşir və 30 müsəlmandan ibarət kiçik bir icmaya ev sahibliyi edir. İndiyədək onlar şəxsi evlərdə və ya restoranın üstündəki boş yerdə namaz qılmalı olublar.
Qeyd edək ki, insanların böyük şəhərlərdə yaşamaq və təhsil almaq üçün köçməsi səbəbindən yerli müsəlman icması getdikcə azalır. 2000-ci illərin əvvəllərində burada 70-ə yaxın müsəlman yaşayırdı.