Bu gün, iyunun 23-də Hacı Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb. Bu barədə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov məlumat verib.

Hacı Taleh aksiyanın dayandırılmasına səbəb olaraq onunla birgə aclıq aksiyasına qoşulan şəxslərin səhhətlərində yaranan problemləri gətirib.

Bildirilib ki, aksiya 20 gün müddətində davam edib. Sözügedən etiraza Abbas Hüseyn, Firuddin Zeynalov, Cabbar Cabbarov, Seyfəddin Şirvanov, Cahad Babakişizadə, Elşad İbrahimov və Razi Hümbətov da qatılıblar. Lakin adları sadalanan digər dustaqların aksiyanı dayandırmaları haqda məlumat yoxdur.

İyunun 21-də Ayətullah Cəfər Sübhani Hacı Talehi aclığı dayandırmağa çağırıb.

Qeyd edək ki, aksiya iyunun 3-də başlayıb.