Çərşənbə günü, iyunun 22-də Əbəlfəzl Abbas (ə.s) hərəmində günbəzin təmiri başa çatıb. Bu haqda hərəmin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərəmdə görülən təmir keçən əsrin 90-cı illərindən bəri ən geniş və ən əhatəli işlərdən sayılır. İslami bəzək kitabələri üçün hazırlanmış dizaynlar əvvəlki yazılarla eynidir. Bəzi müasir bədii toxunuşlar əlavə edilib.