Dövrünün tanınmış alimlərindən olan Ayətullah Hacı Şeyx Məhəmməd Şərif Nəcəfi 1861-ci ildə Ordubadda, dindar ailədə anadan olub.
O, dini təhsil almaq üçün Nəcəfə səfər edib, oranın məşhur alimlərinin dərslərindən bəhrələnərək yüksək elmi məqama çaıb. Ordubadinin İslam elmlərindən başqa dəqiq elmlər sahəsində də bilikləri olub. Onun “İrşadul-yəqin fi elmi ədadi rəmza” əsərini qeyd etmək olar.
Şeyx Məhəmməd Şərif Ordubadi 1941-ci ildə Nəcəfdə vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.