Türbə Astara rayonunda, Lənkəran-Astara şose yolunda, Maşxan kəndinin qəbiristanlığında yerləşir. Məqbərə 1472-ci ildə inşa olunub.

Burada Peyğəmbər (s) nəslindən olan Seyyid Əhməd dəfn olunub. Onun məzar daşı üzərində yazılıb: “Bu qəbir Sultan Əhməd ibn Kərimindir. 876-cı il tarixdə (1471-1472-ci ildə) vəfat etmişdir”.

Türbənin içərisi yalnız sərdabə hissəsindən ibarətdir. Məqbərə düzbucaq formasındadır və mişar daşından tikilib. Ziyarətgahın tavanı taxtadandır. Türbənin bir giriş qapısı var.

Burada orta əsrlərə aid bir çox başdaşları mövcuddur. Onların üzərində ərəb qrafikası ilə, oyma üsulu ilə işlənmiş yazılar, Quran ayələrindən nümunələr qeyd edilib.

Bu türbə sovet dövründə yararsız vəziyyətdə idi, lakin 1990-cı ildə burada təmir-bərpa işləri aparılıb. 1995-ci ildə türbə yenidən tikilib.

Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-1992.
  2. Xalidə İslamzadə. Azərbaycanda dini abidələr. “Dövlət və din”. №4 2009.
  3. Əfqan-Cövhəq Şəfiyev. Azərbaycanın Astara bölgəsində olan inanc yerləri və onların mənşəyi. Bakı-2010.
  4. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Astara rayonu Seyyid Əhməd ibn Kərim türbəsi Astara rayonu Seyyid Əhməd ibn Kərim türbəsi Astara rayonu Seyyid Əhməd ibn Kərim türbəsi Astara rayonu Seyyid Əhməd ibn Kərim türbəsi Astara rayonu Seyyid Əhməd ibn Kərim türbəsi