Məscid Ucar rayonunun Rəstəcə kəndinin ərazisində yerləşir.

Məscid düzbucaqlı formadadır. İbadətgah çay daşından və kərpicdən tikilib. Məscidin damı şifer ilə işlənib, tavanı isə taxtadandır və yeddi taxta sütun üzərində dayanır. İbadət evinin ön tərəfində açıqşəkilli eyvan yerləşir və onun tavanı taxta sütunlar üzərində artırılıb. Məscidin qapı və pəncərələri düzbucaqlı formaya malikdir. İbadətgahın zalı iki hissədən ibarətdir: qadın və kişi şöbələri. İbadət evinin minarəsi və günbəzi yoxdur, minbəri isə taxtadandır və altıpilləlidir.

Məscidin həyətində yeni ibadət evi inşa olunur. Bu məscid ikimərtəbəlidir. Həmin ibadət evinin ön tərəfi tağlardan ibarətdir. Məscidin yaşıl rəngdə günbəzi var və onun üstündə ərəbcə “Allah” adı quraşdırılıb. İbadətgahın sol tərəfində isə minarə ucaldılır.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.