Mövla Məhəmməd İrəvani XVII əsrin sonlarında yaşayan alimlərdən biridir.

O, hikmət və fəlsəfə elmlərini İranın Şiraz şəhərində öyrənib. Həmin şəhərdə İrəvani məşhur din xadimi Mövla Sədra Şirazinin yanında “Hikməti Mutəaliyə” və “İslam fəlsəfəsi” elmlərini öyrənib. Təhsilini bitirdikdən sonra, o, oxuduğu elmləri yüksək ixtisas səviyyəsində tədris etməyə başlayıb.

Mövla Məhəmməd İrəvani İranın Şiraz şəhərində vəfat edib və orada da dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.