Həzrət Rzanın (ə.s) ziyarət günü ərəfəsində və İmamın (ə.s) şəhadəti ilə bağlı hərəminin günbəzinin yaşıl bayrağı qara bayrağa dəyişdirilib. Bu haqda iyunun 22-də hərəmin mətbuat xidməti məlumat yayıb.
Hərəmin həyəti və zalı qara parça və yazılarla örtülüb.
İmam Rzanın (ə.s) Kövsər və Rezvan bağının həyətindəki iki çayxanası Ənis ziyarətgahını ziyarət edən zəvvarları çay, şərbətlə qəbul etməyə hazırdır.
Həmçinin hərəmdə xalça döşənib, seyflər quraşdırılıb, əlil arabaları ilə təchiz olunub.
Qeyd edək ki, İmam Rza (ə.s) səfər ayının 28-də, əlli beş yaşında şəhadətinə qovuşub.